İranlıdan narkotik alan Biləcəri sakini saxlanıldı - FOTO

İranlıdan narkotik alan Biləcəri sakini saxlanıldı - FOTO

Polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tərdbirləri davam etdirilir. 

Binəqədi RPİ Cinayət Axtarış Şöbəsinin keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 1985-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini,  əvvəllər məhkum olunmayan İsayev Ceyhun Fikrət müəyyən olunaraq tutulub. 

Şübhəli şəxs Binəqədi şossesi DSK adlanan ərazidə saxlanılan zaman üzərində olan çantadan ayrı-ayrı bükümlərdə - hər birində 495 qram, digərində 510 qram olan metamfetamin, 763 ədəd yaşıl rəngli ümumi çəkisi 160,23 qram olan tablet metilendioksimetamfetamin, ekstazı və 1004 ədəd ümumi çəkisi 210,84 qram olan çəhrayı rəngli metilendioksimetamfetamin, ekstazı aşkar olunub. 

F.İsayev ilkin izahatında narkotik vasitəni iki gün əvvəl Baksol yolu adlanan ərazidə tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

Faktla bağlı Binəqədi RP İstintaq Şöbəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq, digər zəruri istintaq hərəkətləri davam etdirilir. (unikal)


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...