İran şirkətinin Şuşa məscidini təmir etməsinə sərt reaksiya: “Qanunsuzluqdur…”

İran şirkətinin Şuşa məscidini təmir etməsinə sərt reaksiya: “Qanunsuzluqdur…”


"İran adlı dövlət sanki İslam həmrəyliyini pozmaq üçün yaranıb. Şuşadakı Gövhər Ağa məscidinin İran tərəfindən təmir edilməsi də bu mənada Tehranın Azərbaycanın işğal altında olan ərazilərinə və Ermənistana münasibətinin göstəricisidir”.


Bu sözləri Sfera.az-a açıqlamasında İran şirkətinin Şuşadakı Gövhər Ağa məscidini təmir etməsinə münasibət bildirərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib: "Sözügedən məscidin təmirində iştirak edən İran vətəndaşları qanun pozuntusuna yol veriblər və buna şərait yaradan İran tərəfi də həmin qanunsuzluğa gedənlərin başında dayanır. İran tərəfi işğal altında olan başqa yerlərdəki məscidləri də təmir edə bilərdi, amma etmir. Məsələn, Ağdamdakı məscid təmir olunmur”.


S. Soltan bildirdi ki, Tehran heç bir dəlil və sübut olmadan Gövhər Ağa məscidini türk mədəniyyət abidəsi kimi deyil, fars mədəniyyəti abidəsi kimi təqdim edir:"İran heç bir əsas olmadan hesab edir ki, bütövlükdə Cənubi Qafqaz və Şimali Qafqazın müəyyən hissəsində fars mədəniyyəti hakim olub. Belədə onlar özlərini bir növ həmin ərazilərin yiyəsi kimi aparır. Odur ki, Şuşadakı Gövhər Ağa məscidinin təmir-bərpa olunmasında İranın barmağının olması təbiidir. İrandan bundan artığını gözləmək də olmaz. İran işğal olunmuş torpaqlarımızla bağlı Azərbaycan üçün nə pislik lazımdırsa, onun hamısını edir. Bu kimi addımlarla Tehran ermənilərə xidmət etdiyini bir daha ortaya qoydu. Vaxtilə həmin məscidləri məhz ermənilər 1992-ci ildə dağıdıb. İndi İran qanunsuz olaraq onları təmir etməklə belə fikir formalaşdırmağa çalışırlar ki, guya ermənilər İslam mədəni abidələrinə sayğı ilə yanaşır”.

 

Həmsöhbətimizin fikrincə, bu məscidin belə bərpa edilməsi Azərbaycan türklərinin izinin oradan silinməsinə xidmət edir: "Gələcəkdə ermənilər dünyaya yayacaq ki, bu guya fars məscididir. Halbuki həmin məscidlər tikilən dövrdə indi İran adlanan ərazidə fars mədəniyyəti deyildi. Həmin dövrdə bölgədə Qacar türkləri hakim idi və həmin məscidlər də məhz Qacar türklərinin mədəniyyət abidəsidir. İndiki halda, Tehran məhz bu mədəniyyət abidələrindən türk adının silinməsi üçün İrəvana yardım edir”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...