Krİmİnal

“İnstagram”da tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb

“İnstagram”da tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb
 
"İnstagram”da tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb. 

Sfera.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 17-də Qusar rayon sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edib avqust ayında "İnstagram” sosial şəbəkəsində tanış olduğu naməlum şəxsin onunla danışmayacağı təqdirdə intim şəkillərini yayacağı ilə hədələməsini bildirib.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini R.Həsənov saxlanılıb.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30