Çində güclü zəlzələ: ölən və yaralananlar var
10:08 / 08.09.2019
1098
Çinin Sıçuan əyalətində 5,4 bal gücündə zəlzələ olub.
Sfera.az xəbər verir ki, səhər saatlarında qeydə alınan təbiət hadisəsi azı 1 nəfərin həyatına son qoyub, 29 nəfərin xəsarət almasına səbəb olub.
İlkin məlumata görə, azı 17 ev dağılıb, 215-i ciddi zərər görüb. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.