İmişlidə yol qəzası baş verdi: ölən var
Hadisə
23:00 / 20.05.2017
1204
İmişli rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az "Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İmişli-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106” markalı avtomobilin sürücüsü, əslən Ağdərə rayonundan olan 54 yaşlı Zakir Məhəmmədəli oğlu Məmmədov hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində ağır bədən xəsarətləri alıb.
Z.Məmmədov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sfera.az