İlahiyyat İnstitutunun rektoru tələbə və valideynlərə müraciət etdi

İlahiyyat İnstitutunun rektoru tələbə və valideynlərə müraciət etdi
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tələbələrə və onların valideynlərinə müraciət ünvanlayıb.
 
Sfera.azxəbər verir ki, Aİİ-dən verilən məlumata görə, müraciətdə bildirilir ki, 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi məqsədilə təhsil müəssisəsində imtahan qərargahının yaradılması, bu qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılması üçün lazımi tədbirlər görülüb. Eyni zamanda, imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyət nümayəndələrinin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
 
Müraciətdə qeyd olunur ki, sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanı, kafedra müdirləri qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində "Qaynar xətt” yaradılıb. İnstitutun binasında müraciət və təklif qutuları asılıb. Bununla yanaşı, İnstitut rəhbərliyi imtahan prosesini müşahidə edəcək və tapşırıqlarını verəcək.

 

 

Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə "açıq qapı” günləri keçiriləcək.

 

 

C.Məmmədov valideyn, KİV, qeyri-hökumət təşkilatları və digər ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləmək üçün "açıq qapı” günlərində iştirak etməyə və onları imtahan sessiyasını yaxından izləməyə dəvət edib. O bildirib ki, hər bir rəy və təklif bizim üçün çox dəyərlidir.

Müraciətdə daha sonra deyilir ki, şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə rektora və prorektorlara, İctimai Nəzarət Şurasına, Aİİ-nin rəsmi "Facebook” səhifəsinə birbaşa müraciət etmək, Tələbə Gənclər Təşkilatının xətti ilə tələbələrin rəylərini öyrənmək, imtahan qərargahına və Apelyasiya komissiyasına müraciət etmək imkanları təmin edilib.

 

 

İmtahanların ictimaiyyətə açıq təşkil olunduğunu vurğulayan C.Məmmədov sessiyaya nəzarətin aparıcı təhsil ekspertlərindən, qeyri-hökumət təşkilatlarından, media nümayəndələri və tələbədən ibarət İctimai Nəzarət Şurası tərəfindən həyata keçirildiyini bildirib.

 

 

Şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da atılacağını qeyd edən rektor tələbələri dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb. Aİİ rəhbərliyi payız imtahan sessiyasında bütün tələbələrə müvəffəqiyyət arzulayıb. Müraciətdə deyilir: "Biliyinizə, potensialınıza güvənərək əlinizdən gələnin ən yaxşısını etməklə bu yolda hər zaman sizə dəstək olan əzizlərinizi və müəllimlərinizi uğurlu nəticələrinizlə sevindirin”.

 

 

Məlumat üçün bildiririk ki, bu gündən Aİİ-də imtahanlara başlanılıb.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...