Həbsxanadan belə qaçış ancaq filmlərdə olur - FOTO

Həbsxanadan belə qaçış ancaq filmlərdə olur - FOTO

ABŞ-ın Corciya ştatında bir məhbus filmlərdə istifadə olunan üsullardan istifadə etməklə həbsxanadan qaçıb.

Bu barədə "New York Post” xəbər yayıb.

Məlumata görə, 34 yaşlı Qreqori Kit Uayyet qaçmaq üçün asma tavandakı lampa yerindən istifadə edib. Bundan sonra o, boruları yerləşdirmək üçün ayrılan xüsusi boşluqla irəliləyib, bir az sonra isə həbsxanadan çıxış yolunu tapıb.

 

Azadlığa çıxdıqdan sonra o, Alabama ştatındakı Talladeqa şəhərinə yollanıb.

Ancaq Uayyetin azadlığı uzun çəkməyib. Belə ki, o, qaçışdan bir gün sonra yenidən həbs olunub. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR