Həbib Nurmaqomedov həyat yoldaşını niyə hamıdan gizlədir? - FOTO

Həbib Nurmaqomedov həyat yoldaşını niyə hamıdan gizlədir? - FOTO
 UFC-nin rusiyalı dünya çempionu Həbib Nurmaqomedov bu dəfə öz həyat yoldaşını ictimaiyyətdən gizlətməklə gündəmə gəlib. 

Sfera.az  xəbər verir ki, bu barədə "eurosport" material hazırlayıb. 

Məlumata görə, rusiyalı MMA döyüşçüsünün həyat yoldaşının adı Patimatdır və onun barədə ictimaiyyətə heç nə məlum deyil. Buna səbəb kimi Qafqaz ənənələrinə görə qadının gözəlliyinin təkcə ərinə məxsus olması əsas göstərilir. 
 
Cütlük nə vaxtdan tanışdır?
Həbib və xanımı Patimat bir-birini uşaqlıqdan tanıyırlar. Yoldaşı Həbibin doğulub boya-başa çatdığı Sildi rayonunun Çumadinsk kəndindəndir. Çütlük hələ uşaq vaxtı ikinci sinifdə ayrılmaq məcburiyyətində qalıblar. Belə ki, Həbibin ailəsi Kirovaul rayonuna köçüblər. 

Toy nə vaxt olub?
 
Həbib doğma kəndindəki qohumlarına qonaq gələrkən tez-tez Patimatla görüşüb. O, 22 yaşında olarkən valideynlərini Patimat üçün elçi göndərib. Valideynlərin razılığından sonra cütlüyün 2013-cü ildə toyu baş tutub. Toya Dağıstanın müxtəlif rayonlarından 1200 nəfər insan qatılıb. Patimat toyda üzü bağlı olduğu üçün çəkilən şkillərdə görsənmir. Bu səbəbdən ictimaiyyət Həbibin xanımının üzünü görməyib.

Nurmaqomedov xanımını niyə gizlədir?
Bu barədə yaranan suallara Həbibin atası Abdulmanal cavab verib: "Ər deyir ki, "Örtün"! O da bağlanır. Arvadın gözəlliyi yalnız ərinə məxsus olmalıdır. Bu indinin məsələsi deyil, hər şey 400 il əvvəl qərara alınıb".
 
Cütlüyün uşağı varmı?
Patimat və Həbibin 3 övladı var. Dörd yaşlı Fatimə və 2 yaşlı Məhəmməddən sonra bu yaxınlarda cütlüyün daha bir övladı dünyaya gəlib. Uşaqlar və anası Dağıstanda yaşayır.
(baku.ws)


OXŞAR XƏBƏRLƏR

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi BAĞLADI

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024)&nb...

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...