Gürcüstan vətəndaşı Bakıda homoseksuallar tərəfindən döyüldü

Gürcüstan vətəndaşı Bakıda homoseksuallar tərəfindən döyüldü

 

 

Gürcüstan vətəndaşı Bakıda "qeyri-adi" qarətçilərin hücumuna məruz qalıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Ömərov Mahmud Abbas oğlu avqustun 21-də Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinə müraciət edərək bildirib ki, avqustun 15-i saat 01:30-da Bakıxanov qəsəbəsi ərazisində evə qayıdarkən iki kişinin hücumuna məruz qalıb.

Naməlum şəxslər əvvəlcə M.Ömərovdan siqaret istəyiblər. Lakin Gürcüstan vətəndaşında siqaret olmadığına görə kişilərin xahişini yerinə yetirməyib.

Naməlum şəxslər imtinanı kobudluq kimi qəbul edib və Gürcüstan vətəndaşına hücum edərək onu döyüblər. Quldurlar sonra ondan 70 manat, mobil telefon götürərək cinayət yerindən qaçıblar. 13-cü şöbənin əməkdaşları aparılmış operativ-axtarış təbdirləri nəticəsində şübhəliləri saxlayıblar.

Saxlanılanlar qeyri-ənənəvi seksual oriyentasiyaya sahib 33 yaşlı Y.H. və 39 yaşlı Y.N. olub. Sonuncu daha əvvəl Cinayət Məcəlləsinin 243-cü maddəsi (Gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) üzrə mühakimə olunub.

Qeyd edək ki, Y.N. keçmişdə fahişəlik hesabına gəlir əldə etməklə məşğul olub. Polisdən qeyd ediblər ki, saxlanılanlar bu ərazidə çoxdan pis şöhrət qazanıblar, Daxili İşlər Nazirliyinin rayon bölməsində artıq onların əsassız şikayətlərinə baxmaqdan yorulublar.

Sözügedən şəxslər fahişəliklə məşğul olmaqda və başqasına böhtan atmaqda qeydə alınıblar. Hücum faktı ilə bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) üzrə cinayət işi qaldırılıb. Təhqiqat davam edir.


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...