Gənc hüquqşünas alim Natiq Əsgərov təbliğata başladı

Gənc hüquqşünas alim Natiq Əsgərov təbliğata başladı
 

85 saylı Şamaxı seçki dairəsi üzrə deputatlığa namizəd, gənc hüquqşünas alim Natiq Fərhad oğlu Əsgərov təbliğat-təşviqat kampaniyasına start verib.

Sfera.az  xəbər verir ki, bununla bağlı N. Əsgərov sosial şəbəkədə paylaşım edib.

"İnanırıq ki, Şamaxı da bizi layiqli hesab edir və ümid edirik ki, bütün seçicilər səsvermədə fəal iştirak edərək layiqli namizədə səs verəcəkdir. Vətənə, millətə, dövlətə xeyirli-uğurlu olsun!”, - deyə namizəd qeyd edib.

 

Natiq Əsgərov kimdir?

04.05.1984-cü il tarixində Şamaxı şəhərində anadan olub.

Orta təhsili Şamaxı şəhəri S.M.Qənizadə adına 1 nömrəli tam orta məktəbdə və Bakı şəhəri 20 saylı məktəb-liseydə almışdır.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün dövlət xətti ilə Türkiyə Respublikasına göndərilmiş və Ankara Universitetinin Hüquq fakültəsinin doktorantura pilləsini bitirərək "hüquq doktoru” elmi dərəcəsi almışdır.

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "hüquq üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosentidir.

Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimidir.

Vəkillər Kollegiyasının üzvü, vəkildir.

Konstitusiya Məhkəməsində ekspert kimi iştirak edir.

Beynəlxalq və respublika səviyyəli elmi-praktik konfrans, seminar və simpoziumlarda dəfələrlə elmi məruzələrlə çıxış etmişdir.

Beynəlxalq və respublika səviyyəli elmi jurnallarda çoxsaylı elmi məqalə və tezisləri dərc edilmişdir.

İngilis, rus və türk dillərini bilir.

Bitərəfdir.

Ailəlidir, iki övladı var. (qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...