“Gələrəm elə olduğun yerə...” - Tolik həmkarını hədələdi, şok sözlər dedi

“Gələrəm elə olduğun yerə...” - Tolik həmkarını hədələdi, şok sözlər dedi
 

Məşhur teleaparıcı, prodüser Tarix Əliyev (Tolik)  "Hər şey daxil" verilişində həmkarına sərt sözlər ünvanlayıb.

Sfera.az  xəbər verir ki, o, adını açıqlamadığı aparıcını efirdən hədələyib:

"Bir nəfərə burdan sözlərimi demək istəyirəm. Mənim müğənnimdən əl çək, yoxsa sənin bütün əməllərini açıb tökərəm ortalığa. Gedib neçə dəfə burnunu əməliyyat etdirmisən. Sənə bir efir veriblər deyə özünü bir adam sayma. Mənim itirəcək heç nəyim yoxdu, amma sənin var. Gələrəm elə olduğun yerə, hər şeyi açaram orada. Sənə efir verənlərə demək istəyirəm ki, qapınızdan itinizi çəkin".

Qeyd edək ki, Tolik ad çəkməsə də, onun bu sözləri şairə, aparıcı Nazilə Səfərliyə aid olduğu iddia edilib. O, bir müddət əvvəl ARB telekanalında "Ona qalsa" verilişinin aparıcılığını etməyə başlayıb. (yenisabah)


OXŞAR XƏBƏRLƏR