Deputatların maaşı 800 manat artırıldı? (AÇIQLAMA)

Deputatların maaşı 800 manat artırıldı? (AÇIQLAMA)
Milli Məclisin deputatlarının maaşının artması ilə bağlı məlumat yayılıb.

Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, bəzi Kütləvi İnformasiya Vasitələrində millət vəkillərinin maaşının 800 manat artırılması barədə məlumatlar yayılıb. Verilən məlumatlara görə, 2018-ci ildən deputatların maaşı 800 manat artacaq.

Məsələyə aydınlıq gətirmək üçün millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla əlaqə saxladıq. Vahid Əhmədov "Ölkə.Az”a açıqlamasında bildirdi ki, yayılan xəbərlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, deputatların maaşı artırılmayıb.
"Belə bir məlumat yoxdur. Elə bir artım olmayıb. Əgər bu barədə qərar olsaydı, mütləq xəbərimiz olardı”, - deyə V.Əhmədov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.

OXŞAR XƏBƏRLƏR

Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır - Psixoloqdan AÇIQLAMA

İkili münasibətlərə diqqət yetirsək görərik ki, əksəriyyəti qısamüddətli olur. Əsasən, kişilər münasibət qurduqları qadından daha tez uzaqlaşırlar. ...

Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyevlə vida mərasimi KEÇİRİLİR

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış İmaməliyev Arif Ələkbər oğlu ilə vida mərasimi keçirilir.   Sfer...

Prezident özbəkistanlı naziri QƏBUL ETDİ - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul e...

"Maşın alverçiləri "təzyiq görürəm" bəhanəsi ilə xaricə gedib oradan təhqirlər edirlər" - Deputat

“İnsan alverinin mənbəyi, yaradan şərait əsasən yoxsulluq, iqtisadi çətinlik və müharibələrdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Milli Məclisin növbədənkənar sessiyası ÇAĞIRILACAQ

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.   Sfera.az-ın məlumatına görə, bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb. ...

Rumıniya prezidenti Zelenski ilə GÖRÜŞDÜ

Rumıniya Prezidenti Klaus İohannis və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.   Sfera.az xəbər verir ki, bu barədə Rumın...