O, 6 gün meşədə gecələdi, qayıdanda isə elə şeylər danışdı ki... - VİDEO

O, 6 gün meşədə gecələdi, qayıdanda isə elə şeylər danışdı ki... -  VİDEO

6 gün öncə evdən çıxıb meşəyə qoz yığmağa yollanan 16 yaşlı Şahid evə qayıdıb.Belə deyirdilər ki, qoz ağacı altında çox dayanmaq olmaz. Qorxuludur, cin-şeytan yığışırvə ilaxır... İnansaq da, inanmasaq da belə nağıl edirlər. Amma “mən gəlmək istəyirdim, buraxmırdılar” deməklə Şahid bizi çox təəccübləndirir. Şahidin sözlərinə görə, qoz yığmağa gedəndə yolu azıb. Havanın qaraldığını görəndə dəfələrlə qışqırıb yaxınlarını çağırsa da, artıq gec olub. Sən demə hava dumanlı olduğundan məktəbli yaşadığı evdən çox uzaqlaşıb. Meşəyə qaranlıq çökdükdən sonra isə Şahid çarəsiz qalıb bir ağacın altına sığınıb. Qaranlıq meşədə müxtəlif heyvanların səsinin eşidən yeniyetmə qorxusundan bir neçə dəfə ürəyi getsə də, sonradan özünə gələrək ağaca çıxaraq orada gecələyib. Beləcə gündüzləri yol axtarıb evə qayıtmaqla, gecələri isə qorxu və çarəsizlikdən ağacda keçirən Şahid, bü günə kimi meyvə yeyərək yaşadığını deyir. Meşədə 6 gün yaşayan məktəbli heyvanların ayaq izi ilə gəlib evə çıxa bilib.Hazırda həkim nəzarəti altında olan gəncin səhətində ciddi problemin olmadığı bildirilir.(atv.az)


OXŞAR XƏBƏRLƏR