“Facebook” ayrıca ödəniş sistemi yaradır

“Facebook” ayrıca ödəniş sistemi yaradır
 

"Facebook” şirkəti özünün ayrıca elektron ödəniş sistemini yaratmaq ehtimallarını dəyərləndirir.

Sfera.az  xəbər verir ki, belə bir addım Libra kriptovalyutası ilə bağlı layihənin G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Kanada, ABŞ, Yaponiya) tərəfindən mənfi qarşılanmasından sonra gündəmə gəlib.

Libra bazasında yaradılacaq yeni ödəniş sisteminin ABŞ dolları, avro, yaxud başqa valyutalarda tranzaksiyalar həyata keçirmək imkanı təmin edəcəyi bildirilir. Belə ki, aralarında "Facebook” da olmaq şərtilə 20-dən çox şirkət və təşkilatın daxil olduqları "Libra Association” konsorsiumu yaxın vaxtlarda layihənin yeni konsepsiyasını açıqlayacaq.

Bununla belə "Facebook” kriptovalyuta yaratmaq fikrindən heç də vaz keçməyib. Belə ki, mənbələrin dediyinə görə əvvəlki layihənin genişlənməsi nəzərdə tutulur. Eyni zamanda kriptovalyuta yox, ödəniş sistemi yaradılacağı təqdirdə ABŞ vətəndaşları üçün "Pay Pal” tipli sistemlərdən bir o qədər də fərqlənməyən yenisindən o yana getməyəcək. (report)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Sfera.az xəbər ve...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...