\"Expressbank\"da Biznesin inkişafı departamentinə yeni direktor təyinatı olub

\
 

"Expressbank" ASC-nin Biznesin İnkişafı Departamentinə yeni rəhbər təyin edilib. Bu vəzifə Mehriban Ocaqquliyevaya həvalə olunub.

 

Mehriban Ocaqquliyeva daha əvvəl "Expressbank"da 9 il çalışmış və Biznesin İnkişafı Departamentinin rəhbəri olmuşdu. Onun ümumilikdə bank sahəsində 15 illik təcrübəsi var. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsindən məzunudur. Daha əvvəl Expressbank-da  Müştəri Xidmətləri Departamentinin direktoru, Risklərin İdarə Edilməsi Departamentinin  direktor müavini, Nərimanov filialının müdiri, Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışıb.


Mehriban Ocaqquliyeva bankdakı yeni vəzifəsinin icrasına 2019-cu ilin avqustundan başlayıb.


OXŞAR XƏBƏRLƏR