Eurovision-da Azərbaycana hansı ölkələr səs verib? - SİYAHI

Eurovision-da Azərbaycana hansı ölkələr səs verib? - SİYAHI

Builki Eurovision mahnı müsabiqəsində Azərbaycan ən çox balı Rusiyaya verib. Lent.az-ın məlumatına görə, Azərbaycanın tamaşaçı və juriləri öz səslərini aşağıdakı formada bölüşdürüblər:

Rusiya - 12 xal
 
Ukrayna - 10 xal
 
Bolqariya - 8 xal
 
Macarıstan - 7 xal
 
İsrail - 6 xal
 
Malta - 5 xal
 
Fransa - 4 xal
 
Polşa - 3
 
Avstriya - 2
 
Gürcüstan - 1 xal 
 
Bu il yarışmada Səmranın "Miracle" mahnısı ilə təmsil olunan Azərbaycana ən yüksək, yəni 12 xal verən olmayıb. Bolqarıstan və Ukrayna ölkəmizə 10, Belarus və Moldova isə 8 xal verib.
 
Qeyd edək ki, Ukraynanı təmsil edən müğənni Camala peşəkar juri və tamaşaçıların verdiyi səs sayına görə müsabiqənin qalibi olub. Jurinin səs verməsi nəticəsində o, 2-ci yerə çıxıb, tamaşaçıların verdiyi səs isə nəticədə onu müsabiqənin birincisi edib.
 
İkinci yeri Avstriya təmsilçisi Demi İm tutub. O jüri səsverməsinin lideri olub, lakin tamaşaçıların səsverməsi ölkəni birinci yerdə saxlaya bilməyib.
 
Üçüncü yerdə qərarlaşan Rusiya təmsilçisi Sergey Lazarev peşəkar juri tərəfindən 5-ci yerə layiq görülüb. Daha yüksək nəticə əldə etməyə isə ona tamaşaçı səsi kömək edib.
 
Azərbaycan bu il müsabiqədə 17-ci yeri tutub.


OXŞAR XƏBƏRLƏR