Ərdoğanla Makrondan “kürd dövləti”nə qarşı ortaq - Plan

Ərdoğanla Makrondan “kürd dövləti”nə qarşı ortaq - Plan

Türkiyə və Fransa Şimali İraq Kürd Muxtariyyətinin müstəqilliyi ilə bağlı keçirilməsi nəzərdə tutulan referendumdan əvvəl ortaq razılaşmaya imza ata bilər.

Sfera.az Sputnik-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa lideri Emannuel Makronun BMT Baş Məclisində görüşü zamanı 3 mərhələli plan müzakirə ediləcək.

Birinci mərhələdə Şimali İraqın referendumdan imtina etməsinə cəhd olunacaq. İkinci mərhələdə tərəflər kürdlərin konstitusiya hüquqlarının qorunmasına vasitəçilik edəcək. Uzun müddətdir həll edilməmiş problemləri həll etmək üçün Bağdad və Ərbil arasında vaxt və yol xəritəsi qurulacaq.

Üçüncü mərhələdə isə sanksiya paketi olacaq. Əgər referendumdan imtina edilməsə, ümumi sanksiya paketi hazırlanacaq.

Qeyd edək ki, Türkiyə və Fransa liderlərinin görüşünün sabah baş tutacağı gözlənilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR