Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək

Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək

Qurumun rəsmisi məsələyə aydınlıq gətirdi.Bakı şəhərinin Heydər Əliyev prospektinə gəlir əldə etmək imkanına malik olan, səhmləri dövlətə məxsus səhmdar cəmiyyətlər də köçürüləcək. 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.“Heydər Əliyev prospektində yerləşən qurumları təmiz dövlət orqanı saymaq olmaz. Onların bir hissəsi səhmdar cəmiyyətdir. Düzdür həmin müəssisələrin səhmləri dövlətə məxsusdur, lakin bu orqanlar gəlir əldə etmək imkanına malik səhmdar cəmiyyətlərdir və ya fondlardır.Onlar özlərinə, öz imiclərinə uyğun olaraq yeni yaraşıqlı bina tikə bilərlər ki, bu da həmin qurumun müəyyən bir potensialını göstərir.Bu, həm də dağınıq şəkildə olan müxtəlif xırda inzibati qurumlarının bir yerdə cəmləşdirməsinə imkan verir. Bütün bunlar iş nöqteyi-nəzərdən də məqsədəuyğundur”, - deyə D. Dövlətxanov vurğulayıb.Sədr müavini bildirib ki, gələcəkdə Heydər Əliyev prospektinə Mərkəzi Bank, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binası köçürüləcək.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...