Krİmİnal

Dostu borca pul vermədi, o da onun maşınını yandırdı

Dostu borca pul vermədi, o da onun maşınını yandırdı
 

Azərbaycanlı Həştərxan vətəndaşının avtomobilini yandırmaqda ittiham olunub.

Virtualaz.org provintsya.ru portalına istinadən bildirir ki, bunu sentyabrın 3-də Rusiya Daxili İşlər Nazirliyi Həştərxan Vilayəti üzrə İdarəsinin əməkdaşı Artem Sladkov deyib.

Məlumatda bildirilir ki, hadisənin baş verməsinə səbəb təqsirləndirilən şəxsin zərərçəkmişdən borca pul istəməsi olub. Borca pul ala bilməyən azərbaycanlı dostundan, onun maşınını yandrımaqla qisas alıb.

Qeyd edilir ki, "Kia Rio” markalı avtomobilin yanması barədə polisə məlumat verilib. Ekspertiza zamanı avtomobilin yandırıldığı məlum olub. Zərərin miqdarının təxminən 740 min rubl təşkil etdiyi bildirilir. Daxili İşlər Nazirliyinin İstintaq şöbəsi başqasının əmlakına qəsdən külli miqdarda ziyan vurmaqda ittiham olunan 24 yaşlı Azərbaycan vətəndaşının cinayət işinin istintaqını başa çatdırıb. İttiham aktı təsdiqlənməsi üçün prokurorluğa göndərilib.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30