DİN başçısı işdən çıxarıldı, başı qırxıldı, üzr istədi - VİDEO

DİN başçısı işdən çıxarıldı, başı qırxıldı, üzr istədi - VİDEO

2009-cu ildən bəri Türkmənistanın Daxili İşlər Nazirliyinə rəhbərlik etmiş İsgəndər Mulikov oktyabrın 1-də işdən çıxarılıb və həbs olunub.

Sfera.az bildirir ki, Türkmənistanın dövlət telekanalı "Altyn Asyr"ın "Watan habarlary" xəbər proqramında Dövlət Təhlükəsizlik Şurasının iclasından reportaj çərçivəsində İ.Mulikovun etirafı da nümayiş olunub.

"2009-2019-cu illərdə daxili işlər naziri vəzifəsində çalışaraq cinayətkarlıqla mübarizəyə cavabdeh olduğum halda tamaşıma görə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişəm, rüşvətlər almışam, evləri ələ keçirmişəm. Hörmətli Ali Baş Komandan iş və yaşam üçün bütün şəraiti yaratsa da, vicdansızlıq yolunu tutdum və xüsusilə böyük məbləğlərdə rüşvətlər aldım. Cinayətlərim aşkarlanandan sonra qanuni əsaslarla tutuldum və cinayət məsuliyyətinə cəlb olundum. Əməllərimi boynuma alır, peşman olduğumu deyirəm", - başı daz qırxılmış İ.Mulikov deyib.

Baş prokuror Batır Atdayevin dediyinə görə, İ.Mulikov bir sıra ağır qanun pozuntularına, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadəyə və xüsusilə böyük məbləğdə rüşvət almağa görə həbs olunub.

O, 25 il müddətinə azadlıqdan məhrum olunub, bütün əmlakı müsadirə edilib.

 

Türkmənstan Dövlət Miqrasiya Xidmətinin sabiq rəhbəri Meylis Nobatov da həbs olunub.

İ.Mulikov iş adamı Çarı Kulov, habelə bir sıra nazirlər və məmurlarla əlbir olaraq Türkmənistanda dövlət çevrilişi də reallaşdırmaq istəyirmiş. (milli.az)



OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...