DGK sədrinin birinci müavinin unut(dur)maq istədiyi 2 milyon 27 min 800 manat – HESABI NİYƏ SORULMUR?

DGK sədrinin birinci müavinin unut(dur)maq istədiyi 2 milyon 27 min 800 manat – HESABI NİYƏ SORULMUR?
 

 

Bu gün fəaliyyəti ciddi şəkildə narazılıq doğuran dövlət qurumu heç şübhəsiz ki, Dövlət Gömrük Komitəsidir. Səfər Mehdiyevin quruma sədr təyinatından sonra Gömrük Komitəsində gözlənilən islahatlar nəinki həyata keçmədi, əksinə burada kök salan neqativ hallar cəmiyyətdə daha böyük qıcıq yaratdı. Sahibkarlara və iş adamlarına göstərilən təzyiqlər, onların mütəmadi olaraq rastlaşdıqları və Gömrük Komitəsinin yarıtmaz idarəçiliyindən qaynaqlanan problem mətbuatın və sosial şəbəkələrin bir nömrəli müzakirə mövzusuna çevrilib.


Sfera.az bildirir ki, baş verənlərin alt qatında Dövlət Gömrük Komitəsində peşəkar kadrların sıxışdırılması, əvəzində isə reputasiyası mənfi çalarlarla zəngin olan şəxslərin qurumda külli-ixtiyar sahiblərinə çevrilməsi dayanır. Bu baxımdan adı daha çox hallanan vəzifəli şəxs isə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini gömrük xidməti general-mayoru İsmayıl Hüseynovdur. Bu həmin İsmayıl Hüseynovdur ki, birinci müavin təyinatına qədər qısa müddət ərzində Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edib Bu təyinata qədər isə İsmayıl Hüseynov Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb. Onun Avtonəqliyyat Baş Gömrük İdarəsində necə çalışması haqda isə "dastanlar qoşmaq” olar. Çünki İsmayıl Hüseynovun müəlliflik etdiyi yeyinti və korrupsiyanın rəsmi yoxlamalarla təsdiqlənmiş miqyası o zaman bütün ölkəni təəccübləndirmişdi. Yaddaşları təzələmək üçün o vaxt mətbuatda böyük səs-küyə səbəb olmuş təfərrüatları diqqətinizə çatdırırıq.

 

Deməli, belə…. 2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb. Xatırladaq ki, həmin vaxt adıçəkilən idarəyə rəhbərliyi məhz İsmayıl Hüseynov edirdi. Sfera.az xatırladır ki, İsmayıl Hüseynov 2004-2018-ci illərdə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisnin müavini və İdarənin rəisi vəzifələrində çalışıb.

 

Bir vacib məqam da xüsusi qeyd edilməlidir ki, yoxlama Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı əsasında aparılmışdı.


Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb. Yoxlama nəticəsində 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişlər aşkar edilib. Dövlət Maliyyə Nəzarəti Xidməti sənədləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərib.


Söhbət dəyəri milyonlarla manat civarında olan yeyintidən gedirdi və təbii ki, məsələ bu şəkildə sakitliklə üzərindən keçiləcək səviyyədə deyildi. Ya buna görə kimlərsə ciddi şəkildə cəzalanmalı, yaxud da dövlət büdcəsindən yayındırılmış və böyük rəqəmlərlə ifadə olanan məbləğ büdcəyə qaytarılmalı idi. Amma nə baş verdi?


O baş verdi ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin olunduqdan sonra adı qalmaqalllarda hallanmaqdan yorulmayan İsmayıl Hüseynova açıq himayədarlıq etməyə başladı. Onun DGK-nə birinci müavin təyin olunmasından sonra isə nədənsə ayağındakı 2 milyondan artıq yeyinti də unuduldu. Birinci müavini indi özünü o qədər təhlükəsizlikdə və toxunulmaz hesab edir ki, nəinki həmin məbləği büdcəyə qaytarmaq haqda düşünmür, heç mövzuyla bağlı hesabat vermək niyyətində də deyil.

 

 

Aqşin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...