Deputatlığa namizəd Mehdi Mehdiyev şəhidlərin anım mərasimində iştirak edib - Foto
19:30 / 25.01.2020
2278
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib...
24 yanvar 2020-ci il tarixində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş polkovnik Mehdi Mehdiyev şəhid Əmirəhmədov Əliyoldaş Cəlil oğlu və şəhid Hüseynov Gülverdi Ağahüseyn oğlunun anım mərasimində iştirak edib.
Mərasimdə kənd sakinləri, məktəblilər, Qarabağ müharibəsində iştirak edən veteranlar, əlillər, şəhid ailələri və kənd ağsaqqalları iştirak edib.
Anım mərasimində Mehdi Mehdiyev çıxış edərək şəhidlərin göstərdiyi şücaətdən danışmış, onların qanının yerdə qalmayacağını tədbir iştirakçılarına vurğulamışdır. O, öz çıxışında ümumilikdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların göstərdiyi qəhrəmanlıqlarından, ümumiyyətlə Qarabağ müharibəsində iştirak edən əlillərin, veteranların şücaətindən bəhs etmişdir.