Deputatlığa namizəd Güloğlan Cabbarov seçiciləri ilə növbəti görüş keçirib - Fotolar

Deputatlığa namizəd Güloğlan Cabbarov seçiciləri ilə növbəti görüş keçirib - Fotolar
Bu gün 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyini müstəqil şəkildə irəli sürən Güloğlan Cabbarovun təbliğat-təşviqat işləri çərçivəsində Nərimanov rayon sakinləri ilə geniş tərkibli görüşü baş tutub.

Sfera.az xəbər verir ki, görüşdə çıxış edən Fəxrəddin Nağıyev deputatlığa namizəd Güloğlan Cabbarovun yanvar ayının 17-dən etibarən başlayan təbliğat-təşviqat kampaniyasının arzuolunan səviyyədə keçdiyini və seçicilərin etimadını qazandığını vurğulayıb. O, Güloğlan Cabbarovun Milli Məclisdə layiq olduğu yeri tutacağına inandığını bildirib.

Daha sonra çıxış edən Aydın Mehdiyev qeyd edib ki, seçicilər Güloğlan Cabbarovun namizədliyini dəstəkləyir və ona səs verəcəklər. Aydın Mehdiyev bu ilki seçki prosesinin tam şəffaf şəkildə həyata keçirildiyinə inandığını da qeyd edib.


Görüşdə Vurğun Həsənov, Vüqar Piriyev, şairə Nailə İmanlı, Çimnaz Məmmədova və digər seçicilər öz namizədinə uğurlar arzulayıb və ona güvəndiklərini bildiriblər.

Sonda çıxış edən deputatlığa namizəd Güloğlan Cabbarov göstərilən dəstəyə görə seçicilərinə minnətdarlığını bildirib. O, dəstək üçün Türkiyədən gələn qonaqların olduğunu da vurğulayıb. Son illər ölkə prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlara toxunan deputatlığa namizəd Güloğlan Cabbarov bu islahatların cəmiyyətimizin inkişafında və əhalinin sosial rifahının yaxşılaşmasında müsbət rol olduğunu vurğulayıb.  Əsas devizinin "Bizim yolumuz haqq yoludur, ədalət yoludur!” olduğunu deyən, Güloğlan Cabbarov ilk olaraq qardaş Türkiyənin Elağız və Malatya şəhərlərində baş verən zəlzələ nəticəsində həyatını itirənlərə bir dəqiqəlik  sayğı duruşunda durulmasın istədi.

Bir dəqiqəlik sayğı duruşunun ardından çıxışını davam etdirən Güloğlan Cabbarov qeyd edib ki,deputatlığa namizədliyində əsas məqsədinin məhz seçicilərinin sosial problemlərinin həlli ilə bağlı olduğunu qeyd edib. O, seçiciləri tərəfindən böyük dəstək gördüyünü və qələbə qazanacağına inandığını bildirib.
 


OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...