Ceki Çan Rusiyaya səfərini ləğv edib

Ceki Çan Rusiyaya səfərini ləğv edib
 

Hollivudun məşhur aktyoru Ceki Çan Rusiyaya nəzərdə tutulan səfərini ləğv edib.

Sfera.az "Report”-a istinadən  xəbər verir ki, bu barədə aktyorun səfərinin təşkilatçıları TASS-a bildiriblər.

Məlumata görə, Ceki Çan Rusiya və Çin istehsalı olan "Əjdahanın gizli mətbəəsi” adlı filmin premyerasında iştirak etmək üçün sentyabrın 11-də Moskvaya səfəri nəzərdə tutulubmuş. Ancaq iş qrafikində dəyişikliklə əlaqədar aktyor Rusiyaya səfərini ləğv edib.

Bildirilib ki, aktyor iştirak etməsə də, filmin nümayişi keçiriləcək. "Əjdahanın gizli mətbəəsi”nin ərsəyə gəlməsinə Avropa, ABŞ, Çin və Rusiya kinematoqrafları öz töhfələrini veriblər. 

Filmin süjet xəttinə əsasən, I Pyotr ingilis səyyah Conatan Qrinə Rusiyanın Uzaq Şərq bölgəsinin xəritəsini çəkməyi tapşırır. Bu zaman o, Çinə keçir.

Filmdə Arnold Şvartseneger də çəkilib. 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...