Böyük Britaniyanın beş naziri Brexitə görə postlarını tərk edə bilər

Böyük Britaniyanın beş naziri Brexitə görə postlarını tərk edə bilər

Böyük Britaniya Nazirlər Kabinetinin beş üzvü ölkənin Avropa İttifaqını Brexit şərtləri barədə saziş olmadan tərk etməsi təhdidlərinin artması fonunda öz postlarını tərk edə bilər.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, burada Şimali İrlandiya Məsələsi üzrə nazir Culian Smit, Rəqəmsal Texnologiyalar, Mədəniyyət, Kütləvi İnformasiya Vasitələri və İdman naziri Niki Morqan, Ədliyyə naziri Robert Baklend, Səhiyyə və Sosial Məsələlər naziri Mett Henkok və İngiltərə və Uelsin Baş prokuroru Ceffri Koksdan söhbət gedir.

Onların istefası barədə məsələ hökumət üzvlərinin Şimali İrlandiyada uzun müddət davam edən münaqişəyə son qoyan 1998-ci il Belfast sazişinin pozulması barədə ciddi risklər barədə Boris Consona müraciətləri və həmçinin Baş Nazirin məsləhətçisi Dominik Kamminqs barədə şübhələrdən sonra gündəmə gəlib.

Xatırladaq ki, 2016-cı ilin iyununda Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi.

Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra - 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini oktyabrın 31-nə təxirə salmağa razılıq verib, Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb. Onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsini Avropa İttifaqından sazişsiz çıxaracağını vəd edən Boris Conson tutub.

 

Oktyabrın 8-də BBC teleradio korporasiyası Almaniya kansleri Angela Merkelin Şimali İrlandiya mövzusu ilə bağlı Britaniya Baş Nazirinin təklifini rədd etdiyi barədə məlumat yayıb. Bundan sonra London Avropa İttifaqı ilə sazişin əldə edilməsini praktiki olaraq mümkünsüz adlandırıb.

Sonradan Boris Conson Avropa Parlamentinin sədri David Sassoli ilə görüşərək Britaniyanın Avropa İttifaqının tərkibindən sazişlə çıxmasının tərəfdarı olduğunu və Brexit üzrə yeni təklifdə xeyli güzəştlərin mövcudluğunu bildirib. Bununla yanaşı, David Sassoli Boris Consonla danışıqların yekununda irəliləyişə nail olunmadığını bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...