Bu da Aygünlə Filippin gözlənilən dueti

Bu da Aygünlə Filippin gözlənilən dueti

Rusiyanın Xalq artisti, pop kral Filipp Kirkorov və Azərbaycanın Xalq artisti, pop diva Aygün Kazımova yenidən bir araya gəliblər.  

"Qafqazinfo" xəbər verir ki, onlar illər əvvəl ifa etdikləri "Jalma” mahnısına yeni nəfəs veriblər. Sözləri Andrey Morsinə, musiqisi isə İvan Peyevə məxsus olan mahnının bu versiyası SSRİ Xalq artisti Alla Puqaçova ilə çalışan məşhur musiqi prodüseri Alisher tərəfindən hazırlanıb.

Kazımova ilə Kirkorov həmin dueti 26 iyul tarixində Bakıda keçiriləcək "Jara" Beynəlxalq Musiqi Festivalında ifa edəcəklər.  

Xatırladaq ki, Filipp Kirkorov ötən il Bakıda keçirilən "Jara” festivalının məbuat konfransında Aygün Kazımova ilə yenidən duet oxumaq istədiyini söyləmişdi. Xalq artisti isə Kirkorovun təklifinə müsbət cavab vermişdi. 


OXŞAR XƏBƏRLƏR