BirKart-la təhsil haqqını hissə-hissə ödəmək imkanı!

BirKart-la təhsil haqqını hissə-hissə ödəmək imkanı!

 

Sosial yönümlü fəaliyyətinə uyğun olaraq, ölkədə təhsil sahəsinin inkişafına və bir sıra iri layihələrin keçirilməsinə dəstək olan Kapital Bank növbəti yeniliyini müştərilərə təqdim edib. Azərbaycanda ilk dəfə keçirilən aksiya BirKart taksit kart sahiblərinə şamil olunur.

 

Şərtlərə görə, 10 oktyabr 2019-cu il tarixinədək, ADA Universitetində ödənişli əsasla təhsil alan tələbələr illik təhsil haqqını 12 aylıq taksitlə (bərabər hissələrlə) ödəyə bilərlər. Ödənilən məbləğə heç bir komissiya və ya əlavə faiz hesablanmır. Ödənişi həyata keçirmək üçün universitetin internet saytında olan müvafiq bölməyə daxil olmaq (www.online.ada.edu.az/payment) və tələb olunan BirKart göstəricilərini qeyd etmək lazımdır.

 

Ödəniş zamanı BirKart CashBack kartına məbləğin 1,5%-i geri qayıdacaq, BirKart Miles kartı üçün isə hər 1 manat 1 mil olaraq hesablanacaq. Məlumat üçün bildirək ki, yaxın zamanlarda digər ali məktəb və kolleclərlə də analoji aksiyalar təşkil olunacaq.

 

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

 

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.azsaytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

Tanınmış aparıcıya VƏZİFƏ VERİLDİ - FOTO

Aparıcı Namidə İsayevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Facebook" hesabında məlumat paylaşıb.   &...

Zaxarova Aİ-nin Gürcüstandakı bu qanuna reaksiyasını ikiqütblü adlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Komissiyasının Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna reaksiyasını xron...

Pakistanda baş verən partlayışda 5 nəfər öldü

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb. &n...

Müsavat fəalını qətlə yetirən direktor müavininin FOTOLARI

Xəbər verdiyimiz kimi, Müsavat partiyası fəalı Natiq Mehdi Məhəmməd oğlunun (Natiq Ulubəy) itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparı...

Əli Əsədov belaruslu həmkarı ilə müzakirələr apardı

Mayın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarus Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.   Sfera.az xəbər verir ki, görüşdə Bel...

Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ

Müğənni Vəfa Şərifova bəzi aylarda 100 min manat pul qazandığını açıqlayıb.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə ATV-də yayımlanan veril...