“BİNƏ AQRO” şirkətindən Prezidentin təşəbbüsünə dəstək – 2200 tənha ahıla yardım, 100 min manat ianə

“BİNƏ AQRO” şirkətindən Prezidentin təşəbbüsünə dəstək – 2200 tənha ahıla yardım, 100 min manat ianə

"BİNƏ AQRO” şirkəti ölkədəki məlum durumla bağlı xeyirxah təşəbbüsə qoşulub. Belə ki, adıçəkilən şirkət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 23 mart 2020-ci il tarixli qərarına əsasən, evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı insanlara yardım göstərib.

 

 

Sfera.az xəbər verir ki, tənha ahıl insanlara sosial xidmətlərin göstərilməsi, onların zəruri istehlak məhsulları ilə təmin edilməsini özünün önəmli vəzifələrdən sayan "BİNƏ AQRO” şirkəti bu kateqoriyadan olan insanlara diqqət, şəfqət və sosial dəstək hissini rəhbər tutaraq, onların istehlak zənbilinə daxil olan əsas məhsullarla təmin etmək təşəbbüsü ilə çıxış edib.


"Binə Aqro” Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 2220 tənha ahılın birdəfəlik qaydada ərzaq yardımı ilə təminatını həyata keçirəcək.

 

Qeyd edək ki, həyata keçirilən təşəbbüs xalqımızın milli-mənəvi dəyərlərinə sədaqətin nümunəsi olaraq, biznes nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən yaşadılan xeyriyyəçilik ənənələrinin davamlı olması yolunda atılan addımdır.


Sonda xatırladaq ki ölkənin aparıcı istixanaları və tərəvəz ixracatçıları sırasında olan "Binə Agro” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 100 min manat məbləğində yardım köçürülməsinə qərar verib.

 

Şirkətin bununla bağlı yaydığı məlumatda deyilir: "Cənab Prezidentin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkədə COVID-19-la mübarizədə atılmış önəmli addımdır. Korporativ Sosial Məsuliyyət strategiyasını ali prinsip hesab edən bir şirkət olaraq bu əhəmiyyətli təşəbbüsə dəstək verməyə bilməzdik.

Ümumi taleyimiz üçün birgə məsuliyyət tarixi zərurətdir”.





 


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI - GÜNDƏLİK

Milli Məclisin növbəti plenar iclası 7 may 2024-cü il tarixində keçiriləcək.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib. ...

Şoyqu: "ABŞ Ukraynadan Rusiyanın hücumunu dayandırmağı israrla tələb edir"

ABŞ və müttəfiqləri Ukraynadan nəyin bahasına olursa-olsun, Rusiya Silahlı Qüvvələrinin hücumunu dayandırmağı israrla tələb edirlər.   Sfera.az xəbər...

Hərbi bilik yarışının qalibləri mükafatlandırıldı - FOTOLAR

Bu gün Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət X...

Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi

Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu, Türk Dövlətləri Təşkilatının (TDT) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı...

Rəsmi Bakıdan Britaniya səfirinə REAKSİYA: "Mediamız azad, demokratikdir"

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyin...

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Gündəlik olaraq istifadə edilən makiyaj vasitələri zamanla üz dərisində ölü hüceyrələrin yaranmasına səbəb olur. Qadınların əksəriyyəti də bu ölü hüceyrələrdən ...