İqtİsadİyyat

Beynəlxalq Bankda biznes kreditləri istehlak kreditlərindən daha çox artıb

Beynəlxalq Bankda biznes kreditləri istehlak kreditlərindən daha çox artıb
 

Ötən il "Azərbaycan Beynəlxalq Bankı” ASC-də müştərilərə verilən kreditlər təxminən 452 milyon manat artıb.

 

Sfera.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin sonunda müştərilərə verilmiş kreditlər 1 milyard 923 milyon 32 min manat ikən 2019-cu ilin sonunda 2 milyard 374 milyon 984 min manata çatıb.

 

2018-ci illə müqayisədə 2019-cu ildə "Azərbaycan Beynəlxalq Bankı”nda cəmi biznes kreditləri portfeli 225 milyon 411 min manat artaraq 1 milyard 251 milyon 183 min manata, istehlak kreditləri portfeli 186 milyon 772 min manat artaraq 508 milyon 753 min manata, daşınmaz əmlak kreditləri portfeli isə 39 milyon 769 min manata 615 milyon 47 min manata yüksəlib.

 

Keçən il Beynəlxalq Bankın mümkün zərərlər üçün yaratdığı məqsədli ehtiyat 21 milyon 284 min manat azalaraq 221 milyon 773 min manata düşüb. Bu ehtiyat Bankın qeyri-standart aktivləri üzrə zərərin ödənilməsi üçün yaradılan xüsusi fonddur. Qeyri-standart aktivlər - "qeyri-qənaətbəxş", "təhlükəli" və "ümidsiz" aktivlərdir.

 

Ötən il ərzində müştərilərə verilmiş xalis kreditlər 314 milyon 841 min manat artaraq 1 milyard 994 milyon 816 min manat təşkil edib.

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829