Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı qərar: 6 məntəqə ləğv edildi

Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı qərar: 6 məntəqə ləğv edildi
 
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, B.Hacıyev şikayətində seçicilərin iradəsini əks etdirmədiyi üçün bu dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib: "Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. B.Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma üç istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və dairə seçki komissiyasından alınan protokollar. Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə şikayət araşdırılıb”.

R.İbrahimov bildirib ki, B.Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini istəyib: "Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokolları təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Həmin protokollardan, sadəcə, 9 ədədi orijinal protokollarla eynilik təşkil edir”.

MSK üzvü vurğulayıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq seçki qanunvericiliyinin tələblərinə görə 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradan faktlar var. Buna görə də həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

Sonda 6 məntəqənin nəticəsinin ləğvi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.(Qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...