“Belə olarsa, oruc qəbul olunmaz!” - Hacı Şahindən XƏBƏRDARLIQ

“Belə olarsa, oruc qəbul olunmaz!” - Hacı Şahindən XƏBƏRDARLIQ
İyun ayının 5-6-ı müsəlman dünyası Ramazan bayramını qeyd edəcək. İyun ayının 5-i səhər saat 8-9 aralığında bayram namazı qılınmalıdır. Mübarək Ramazan ayı bitdikdə, şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Fitr bayramında oruc tutmaq haramdır.Bayram axşamı ailə başçısı ailə üzvlərinin sayına uyğun olaraq yoxsul şəxslərə kömək məqsədilə fitrə zəkatı çıxarır.

Bəs fitrə zəkatını kimlər çıxarmalıdır və məbləğ nə qədərdir ?

Sfera.az modern.az-a istinadən xəbər verir ki, bu mövzu ətrafında Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli modern.az-a açıqlama verib.

"Fitrə zəkatı bayram axşamından yəni iyunun 4-dən, bayram namazınadək yəni iyunun 5-i saat 8-9 aralığınadək ödənməlidir. Zəkat hər ailə üzvünə görə 3 kiloqram arpa, un, kişmiş, buğda, xurma, düyü və digər ərzaq məhsulları olaraq ödənməlidir. Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən bu il orta məbləğ 5-10 manat ortasında müəyyənləşir. İmkanı artıq olan şəxslər ailə üzvlərinin sayına uyğun olaraq bu məbləği daha yüksək də edə bilər”.

İlahiyyatçı bildirir ki, fitrə zəkatının ödənməsi vacibdir, əks halda oruc qəbul olunmaz:

"Zəkatın verilməsi imkanı olan şəxslərə şamil edilir. Yəni günlük ehtiyaclarını qarşılaya bilən şəxslər bu zəkatı verməlidir. Maddi durumu yaxşı olmayan şəxslər bu zəkatdan azaddırlar. Uzunmüddətli borcu olan və onu hissə-hissə ödəmək imkanı olan şəxslər də zəkat verməlidir”. 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...