“Bataqlığ\"ın sərvətə çevrilməsi: Bir oyunla nələr qazandıq?
2011-ci il,
6 iyun: Azərbaycan
futbolunun 100 illik yubileyində Prezident İlham Əliyevin iştirakı ilə Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimi keçirildi. Mərasimdə FİFA və UEFA prezidentləri də iştirak edirdilər. Çoxları üçün stadionun beynəlxalq standartlara uyğun
inşası və bir gün
böyük futbola ev sahibliyi edəcəyi xəyal kimi görünürdü.
Həmin dövrdə müxalifətin əsas iddiası belə idi:hakimiyyət dövlətin pulunu bataqlığın
qurudulmasına xərcləyir.
Müxalif media vəsosial səhifələrdə bu iddia uzun müddət gündəmdə saxlanıldı, zaman-zaman iqtidara qarşı "arqument”
kimi istifadə olundu.
Məşhur bir söz var: "Axmaqlar zamanı necə öldürəcəyini, ağıllılar isə necə qazanacağını düşünər”. Həmin dövrün mənzərəsini xatırlayanlar bilir ki, "bataqlığa maliyyə xərclənməsi” məsələsi üzərində müxalifət "vaxt öldürürdü”. Gələcək isə necə qazanmaq haqqında düşünənlərin kim olduğunu ortaya çıxardı.
2015-ci ildə Bakı Olimpiya Stadionunun rəsmi açılışı oldu. Stadion ilk dəfə I Avropa Oyunlarında
idmanın müxtəlif növləri üzrə yarışlara ev
sahibliyi etdi və bununla beynəlxalq idman aləminə vəsiqə qazanmış oldu.
2017-ci ildə UEFA Avroliqanın
finalının Bakıda – Olimpiya Stadionunda keçirilməsi
haqqında qərar qəbul etdi. İki il
sonra, 2019-cu ilin 29 may tarixində böyük oyuna –
Avroliqanın finalına öz evimizdə baxa bildik. UEFA
Bakı Olimpiya Stadionunu beynəlxalq standartlara
uyğun ən yaxşı idman arenalarından biri kimi qəbul etdi. Faktiki olaraq, bu stadion Azərbaycanın dünya futboluna pəncərəsi rolunu oynayır.
Göründüyü kimi, 8 il öncə Bakı Olimpiya Stadionunun təməlinin qoyulması gələcəyə yatırılmış kapital
idi və ilk qazanc vaxtiləpaytaxtın ən bərbad yerlərindən olan həmin ərazinin ekoloji cəhətdən ən təmiz məkana çevrilməsi oldu. Stadionun Avroliqanın finalına ev sahibliyi
etməsi isə Azərbaycana siyasi və iqtisadi baxımından əhəmiyyətli qazanc gətirdi.
İqtisadi qazanc:Finalı izləmək üçün Bakıya minlərlə azarkeş gəldi. Azarkeşlərin oyuna bilet alması, oteldə qalması, iaşə obyektlərindən istifadəsi, ümumiyyətlə Bakıda qaldıqları müddətdə pul xərcləməsi ölkə iqtisadiyyatının qazanması deməkdir. Bu oyun həm də turizmin inkişafında mühüm rol oynadı. Bakıda olan
azarkeşlərin gələcəkdə turist kimi yenidən
ölkəmizə gəlməsi üçün zəmin yaradıldı. Məsələyə kompleks yanaşdıqda bu, qeyri-neft sektorunun
inkişafı deməkdir. İqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması istiqamətində çalışan Azərbaycan təkcə bir oyunla irəliyə doğru ciddi addım atmış oldu.
Siyasi
qazanc:Azərbaycanın təbliği aparıldı. Final
oyununu Yer kürəsində 1 milyard izləyirdi, bu, 1 milyard
insanın Azərbaycanı tanıması deməkdir.
Oyun dünya üzrə 204 telekanalda canlı
yayımlanırdı. Bu, eyni vaxtda Azərbaycanın dünyanın 204
telekanalında təbliğinin aparılması idi. Adətən bu miqyasda təbliğat üçün milyonlarla dollar vəsait tələb olunur. Lakin iqtidar beynəlxalq standartlara uyğun stadion inşa etməklə həm ölkədə idman infrastrukturunu inkişaf etdirdi, həm də ölkənin dəyəri milyonlarla ölçülən
təbliğatını heç bir maliyyəsərf etmədən aparmış oldu.
Bütün bunlar təkcə bir stadionun inşası ilə əldə olunan qazanclardır və 8 il öncə "bataqlığın
qurudulması” qərarının nə qədər doğru addım olduğu bir daha təsdiq olunur. Və sübut olundu ki,
bataqlığın qurudulmasına yatırılan maliyyə hədər getmədi. Zamansa "bataqlığın qurudulmasına maliyyə xərclənməsi” tənqidlərini səsləndirənlərin iddialarını
"bataqlığa” sürüklədi.
Faktlar və əldə olunan nəticələr ölkənin inkişafına yanaşmanı da
ortaya çıxarır:
İqtidar ölkədə yollar salır, hava limanları, yeni otellər inşa edir, ümumilikdəinfrastrukturu inkişaf etdirir. Müxalifət "niyə bu qədər pul xərclənir” tipli eyni tənqid, eyni yanaşma sərgiləyir, bundan siyasi
hücum olaraq istifadə edir.
"Eurovision” mahnı yarışması,
I Avropa Oyunları, Formula 1 yarışları, onlarla beynəlxalq idman oyunları,
Avroliqanın finalı...Bütün
bu tədbirlərin hamısı məhz zamanında inşa olunan infrastrukturda reallaşıb. Və hər bir tədbir Azərbaycana siyasi
dividentlər gətirməklə yanaşı, turist
axınını da sürətləndirib.
Hətta bəzən belə iradlar da irəli sürülür ki, turistlərin
qarşılanması üçün daha böyük hava limanına vəyeni otellərə ehtiyac var. Hərçənd, mövcud
infrastruktur müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə və turizmin daha da
inkişaf etdirilməsinə imkan verir. Bu, təcrübə ilə sınaqdan çıxıb.
Təcrübə həm də Azərbaycanda iqtidarla
müxalifətin ölkənin inkişafına
yanaşması arasındakı fərqi nümayiş etdirir.
Publika.az