\"Baronessa Koks heç bilmir ki, atası kimdir\"

\
 
 
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Bəxtiyar Əliyev Böyük Britaniyanın ermənipərəst deputatı Baronessa Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib.

Millət vəkili çıxışında bildirib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Baronessa Koks Dağlıq Qarabağda separatçı rejimin əsgərləri qarşısında çıxış edərək `siz burada xristianlığı müdafiə edirsiniz` - deyə söyləyib.

"Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda isə tolerantlılıqdan danışırlar. Bu təhlükəli tendensiyadır”.

Milli Məclis sədri Oqtay Əsədov millət vəkilinin çıxışına reaksiya verib Bildirib ki, artıq ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır: "Ermənilər Ermənistan-Azərbaycan münaqişəsini dini don geyindirərək təqdim etməyə çalışır. Mən bu barədə AŞPA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında çıxış edərək Ermənistanın siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır”- deyə, O. Əsədov vurğulayıb.

Britaniyalı parlamentarinin Bakıda səsləndirdiyi fikirlərə gəlincə, spiker qeyd edib: "Baronessa Koks heç bilmir ki, atası kimdir”.


OXŞAR XƏBƏRLƏR