Bakıdakı bu prestijli məktəbdə təhsil ödənişsizdir

Bakıdakı bu prestijli məktəbdə təhsil ödənişsizdir
 

2019/2020-ci tədris ili üçün S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası V-VIII siniflərə şagird qəbulu elan edir. Sənədlərin qəbulu 05.04.2019-cu il tarixdən başlayaraq, 24.05.2019-cu il tarixədək (şənbə və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 16:00-dəkgimnaziyada aparılır.

 

İmtahan 26 may 2019-cu il tarixdə saat 10:00-da başlanır. İmtahan binasına bir saat əvvəl gəlmək tələb olunur.

İmtahan fənləri: Azərbaycan dili, riyaziyyat, məntiq

 

Tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti. (doğum haqqında şəhadətnamə qəbul olunmur)

2. 3x4 ölçüdə 4 ədəd fotoşəkil

Ünvan: F.Yusifov 39, Nərimanov metrosunun yaxınlığı

Əlaqə telefonu: (012) 567-22-17

Qeyd edək ki, öz yataqxanası olan, şagirdlərin gündəlik yeməklə təmin olunduğu bu Gimnaziyada təhsil dövlət hesabınadır. Gimnaziyanın şagirdləri yerli vəbeynəlxalq fənn olimpiadalarında dəfələrlə qalibiyyət əldə ediblər.


 


OXŞAR XƏBƏRLƏR