Bakıda qızının ölüm xəbərini alan ata qurulan YAS ÇADIRINDA TOY ETDİ - VİDEO

Bakıda qızının ölüm xəbərini alan ata qurulan YAS ÇADIRINDA TOY ETDİ - VİDEO
 

Əsl adı əvvəllər Anar olan, sonradan dəyişdirilərək Orxan qoyulan 33 yaşı gənc "Bizimləsən"də acı taleyi ilə bağlı tükürpədici açıqlamalar edib.

Sfera.az  xəbər verir ki, Orxan verilişə doğma anasını axtarmaq üçün çıxıb.

O, illər öncə atasının qayınatasına zəng edərək qızının (Orxanın anasının) öldüyünü, cənazəsini aparmaq üçün evinə çağırdığını bildirib. Bu xəbərdən Gülqızın (Orxanın anası) ata evində hər kəs yeni ailə qurmış gənc qadının ölüm xəbərindən şoka düşüb. Gülqızın cənazəsi ata evinə gətirilməmişdən öncə onun üçün yas çadırı qurulub. Ata qızının ardınca gedəndə Gülqızın sağ olduğunu görüb. Ailə Bakıda yas üçün qurulan çadırda sevinclərindən toy edib. Orxanın anası ilə bağlı digər xatirələri studiyadakıları kövrəldib:

"Yadıma gəlir, mən uşaq vaxtı parnikdə quyuya düşmüşdüm. Anam mənə görə özünü o quyuya atmışdı. Hər halda məni istəməsəydi, özünü ora atmazdı. Zəhmətkeş qadın idi. Evdə semiçka qovurub satırdı. Babamın 3 otağı var idi, ən axırıncı otağı bizə vermişdi. Orada artıq nə olub, nə mübahisə, söz-söhbət olub bilmirəm. Ondan sonra məni gətirib əmim arvadına verdiyi yadımdadır. Ondan sonra anam yox olub. Anamın ad-soyadı Rzayev Gülqız gedir. Bu, ata soyadıdır. Atasının adı Rzadır. Atamın soyadı isə Novruzovdur. Ailə qurandan sonra dəyişib Novruzov olub". 



OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...