Bakıda həkim əməliyyat etdiyi qadını döydü: “Əsəbi idim” - FOTO
22:06 / 17.01.2020
4585
Bakıdakı göz kliniklarından birində dünən gözündə katarakta əməliyyatına girən qadının başına ağlasığmaz hadisə gəlib. Belə ki, xəstə yaşlı qadın əməliyyatxanadan ağlaya –ağlaya, üzündə göyərmə və hematoma ilə çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə medicina.az-a xəstənin qızı məlumat verib.
Baş həkimin qəbuluna gedib, məsələni danışdıqda, "belə şey ola bilməz” deyib, heç həkimi çağırmadılar”.
Elə xəstəxanadaca 102 xidmətinə şikayət edib, məsələni rəsmiləşdirən xanıma bir neçə dəqiqə sonra Emil Hüseynov özü zəng edərək, şikayəti geri götürmək üçün xahiş etməyə başlayıb: "Həkim dedi ki, bəzi səbəblərdən əsəblərini cilovlaya bilməyib və xəstəni yüngülcə vurub: "Hər kəsdə belə hal ola bilər. Pulunuzu qaytarıb, üzr istəyə bilərəm”. Mənsə bu təklifdən imtina edib, şikayətimdə qaldım. İndi hüquq-mühafizə orqanlarından müdaxilə gözləyirəm, anamı ekspertdən də keçirəcəyəm”.