Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...
Azərbaycanlı bir çox məmurlar kifayət qədər tanınmış ailələrin üzvləridir. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, məsələn, Mədəniyyət naziri Əbülfəs Qarayevin atası uzun illər Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş, mərhum professor Mürsəl Qarayevdir55 yaşında ürək tutmasından dünyasını dəyişən M.Qarayev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevinqardaşıdır. 

Yaxud, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tanınmış şair-bəstəkar İzolda Babayevanınoğludur. İzolda Babayeva onlarla məşhur mahnının müəllifidir. Onun mahnılarını xalq artistləri Şövkət Ələkbərova, İlhamə Quliyeva, Almaz Ələsgərli, Fidan Hacıyeva və digər sənətçilər ifa edib. O, bəstələdiyi mahnıların həm də sözlərini yazırdı. 

Xarici İşlər naziri Elmar Məmmədyarovun atası isə kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), əməkdar elm xadimidir (2009) Məhərrəm Məmmədyarov17 oktyabr 1924-cü ildə Azərbaycan SSR Naxçıvan MSSR Culfa rayonu Yaycı kəndində anadan olan M.Məmməduyarov II Dünya müharibəsində iştirak etdikdən sonra 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirib. 

1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon gazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. 

Ata Məmmədyarov 250-dən çox çap olunmuş elmi işlərin, 39 patent və müəlliflik şəhadətnəmələrinin, 3 monografiyanın, müəllifidir. Onun rəhbərliyi altında 14 elmlər namizədi və 3 elmlər doktoru hazırlanıb.

Ən maraqlısı isə 95 yaşlı M.Məmmədyarovun 50 ildir eyni vəzifədə çalışmasıdır. Belə ki, o, 1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir...
 

OXŞAR XƏBƏRLƏR

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...