Azərbaycanda virusla bağlı ən sərt qadağalar ola bilər

Azərbaycanda virusla bağlı ən sərt qadağalar ola bilər
 Koronavirusun sürətlə yayılması üzündən dünya ölkələri sərt tədbirlərə əl atmağa başlayıb. 
 

Sfera.az xatırladır ki, bəzi ölkələrdə hətta fövqəladə rejim elan edilib. Mütəxəssislərin fikrincə, pandemik virusa yoluxma bu sürətlə çoxalsa daha sərt tədbirlərə əl atıla bilər.

Azərbaycan da koronavirusa qarşı bir sıra qabaqlayıcı tədbilər görüb. Dərslər təxirə salınıb, kafe və restoranların fəaliyyəti məhdudlaşdırılıb, Bakı və Sumqayıt şəhərlərinə, habelə Abşeron rayonuna giriş-çıxış dayandırılıb. Bəzi dövlət qurumları onlayn fəaliyyətə keçib, Milli Məclisin komitə və komissilarının iclasları təxirə salınıb və bu o deməkdir ki, plenar iclaslar da keçirilməyə bilər. Nazirlər Kabinetinin koronavirusla bağlı qərarlarına əməl etməyənlər isə inzibati qaydada cəzalandırılacaq. 

İri ticarət mərkəzlərində, bəzi xidmət sahələrində də  koronavirus təhlükəsi ilə əlaqədar gigiyenik tədbirlər görülür və bu, müştərilərə də təşviq edilir. 

Hələlik koronavirusa yoluxma Azərbaycanda kütləvi hal almayıb. Bu baxımdan, bəzən bu tədbirlərin panikaya səbəb olacağı, nəticədə xaos yaradacağı barədə iddialar səsləndirilir. Lakin mütəxəssislər hesab edir ki, təhlükə ciddi olduğu üçün hökumətin atdığı addımlar dəstəklənməli, cəmiyyət özü də bu bəlanın qarşısını almaq üçün təşəbbüs göstırməlidir. Bəzi mütəxəssislər isə daha sərt tədbirlər görülməsinin tərəfdarıdır. Onların fikrincə, bir müddətlik insanların küçələrə çıxması da yasaqlanmalıdır. 

Xüsusilə, yaşı 70 və ondan çox olan vətəndaşların ev şəraitində karantində olması məqsədəuyğu sayılır. Artıq belə bir təcrübə var. Finlandiyada 70 və +70 yaşlı insanlara küçəyə çıxmaq qadağan edilib. Bu qadağa yaşlıların koronavirusa yoluxma riskinin daha böyük olması ilə əlaqədardır.

Koronavirus sıradan bir xəstəlik deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  koronavirusu pandemiya elan edib. Bu təhlükənin ciddiliyindən xəbər verir. Bu baxımdan cəmiyyətimiz koronavirusla mübarizədə atılacaq bütün addımlara hazır olmalıdır. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...