“Azərbaycanda virusa yoluxanların sayı həndəsi silsilə ilə artır” — VİDEO

“Azərbaycanda virusa yoluxanların sayı həndəsi silsilə ilə artır” — VİDEO
"Bu gün koronavirusa daha 29 nəfərin yoluxduğu müəyyən olunub. İnfeksiya təhlükəsi başlayandan sutka ərzində ən yüksək yoluxma sayıdır”.
 
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.   

Onun sözlərinə görə, yekun olaraq Azərbaycanda 104 nəfər koronavirus xəstəsi var: "Bu günə qədər koronavirusa yoluxma sayı ümumilikdə 122 nəfər olub. Onların böyük hissəsi ölkə daxilində qeydə alınan yoluxma hallarıdır. Təəssüf ki, ölkə daxilində yoluxmaların sayı xaricdən idxal olunan vətəndaşların sayını üstələyir”.

İ.Məmmədov mövcud vəziyyətin qarşısını almaq üçün Nazirlər Kabinetinin yenidən iclas keçirdiyini bildirib: "Nazirlər Kabineti yanənda Operativ Qərargahın növbəti iclasının keçirilməsinin üç əsas səbəbi oldu.  

Artıq ümumi xəstələrin sayının rekord həddə çatması, gün ərzində xəstələnənlərin sayının həndəsi silsilə ilə artması və xəstəliyin regionlara yayılması.  

Buna nəzarət etmək nisbətən çətinləşir. İclasda xüsusi karantin rejiminin tətbiq olunduğu 72 saat ərzində nə baş verdiyi müzakirə edilib. Vətəndaşların karantin rejiminə hansı şəkildə riayət etmələri gözdən keçirildi. Baş nazir özü də bununla bağlı vətəndaşlara çağırış etdi ki, hər kəs həmrəy olmalıdır. Təəssüf ki, insanlar karantin qaydalarına əməl etmir”. 



OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...