Azərbaycanda vəhhabilərin sayı çoxalıbmı? - AÇIQLAMA

Azərbaycanda vəhhabilərin sayı çoxalıbmı? - AÇIQLAMA
"Bəzən bir qrup insandan eşidirik ki, küçədə "saqqallı”ların sayı artıb. Bir qrup insan isə deyir ki, əvvəlki dövrə baxanda onların sayı azalıb. Amma son illərdə aparılan monitorinqlərin nəticəsi göstərir ki, istər vəhabilik kontingentinə, istərsə də digər qeyri-ənənəvi dini cərəyanlara mənsub olanların artım tempi azalıb”.
Sfera.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O, bildirib ki, bu, radikalizmlə mübarizənin, maarifçilik işinin, inzibati tədbirlərin nəticəsində olub: "Bu, digər tərəfdən də zərərli dini cərəyanların iqtisadi baxımdan dəstəklənməsinə imkan verilməməsinin nəticəsidir. Yəni belə deyək ki, zərərli dini cərəyanların, bu cərəyanlara mənsub olan insanların iqtisadi imkanlarının geniş olacağı təqdirdə, onlara qoşulmaq da cəlbedici olacaq. Bizim əsas hədəflərimizdən biri də məhz elə onların iqtisadi dayaqlarını məhv etməkdir”.

G. İsmayılov deyib ki, qeyri-ənənəvi dini cərəyanlara qoşulanların sayını konkret statistik rəqəmlərlə ifadə etmək çətindir: "Çünki heç kim özünü radikal dini cərəyana mənsub hesab etmir. Hər kəs də öz əqidəsində haqlı olduğunu deyir. Buna görə də bu, təxmini aparılan hesablamaların nəticəsidir. Son illərin təhlilləri əsasında deyə bilərik ki, zərərli və qeyri-ənənəvi dini cərəyanlara qoşulmanın tendensiyası getdikcə azalır.

Qeyri-ənənəvi dini cərəyanlara xas xüsusiyyətlərdən biri də odur ki, onlar öz mənsublarını iqtisadi və mənəvi baxımdan dəstəkləyir. Bu fakt dünyanın hər yerində, o cümlədən Azərbaycanda var. Amma bu cərəyanlara maliyyə vəsaiti formasında kömək göstərilməsi, yaxud hansısa dini cərəyana qoşulma üçün maddi təminatın olması ilə bağlı bizdə konkret bir fakt yoxdur”.

OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...