Azərbaycanda tələbə FACİƏSİ: Son günlərdə...

Azərbaycanda tələbə FACİƏSİ: Son günlərdə...

Son bir həftə ərzində ölkədə baş verən bədbəxt hadisələrdə ölənlərin çoxu təəssüf ki, tələbələrdir.

Həftənin ilk faciəvi hadisəsi martın 9-u səhər saatlarında qeydə alınıb. Bakı-Sumqayıt yolunda "Ford-Tranzit" markalı sərnişin mikroavtobusunun yük maşınına çırpılması nəticəsində 6 nəfər tələbə dünyasını dəyişib.

İkinci faciəvi hadisə bu gün səhər saatlarında Bakının Xırdalan şəhərində qeydə alınıb. 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayədə yaşayan 5 qadın dünyasını dəyişib. Onlardan ikisi tələbədir.

Qeyd edək ki, ümumlikdə ölənlərdən altısı tələbə qızlardır.

Mənbə:Metbuat.az

OXŞAR XƏBƏRLƏR