Cəmİyyət

Azərbaycanda tələbə adı qazananlardan 5 faizi bu hüquqdan imtina edib

Azərbaycanda tələbə adı qazananlardan 5 faizi bu hüquqdan imtina edib
 

Bu il ali təhsil müəssisələrinə qəbul olunanların 95%-i qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçiblər. 

Bu barədə Dövlət İmtahan Mərkəzi APA-nın sorğusuna cavab olaraq bildirib.

Ali təhsil müəssisələrinə qəbulun I mərhələsi və boş qalan plan yerlərinə qeydiyyatdan keçənlərin sayı 41500-ə yaxındır. Universitetlərə qəbul olunanların təxminən 5%-i isə qeydiyyatdan keçməyib. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək isə abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali məktəbə göndərilmir. 

 

Qeyd edək ki, I mərhələdən sonra ali təhsil müəssisələrinə 42062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunub. İlk mərhələdən sonra qəbulolma faizi 88.06 olub. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə isə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91.03 olub.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930