Azərbaycanda “sovet maşınları” kəskin bahalaşacaq - SƏBƏB

Azərbaycanda “sovet maşınları” kəskin bahalaşacaq - SƏBƏB
Rusiyanın avtomobil bazarında 2020-ci ildə kəskin bahalaşma proqnozlaşdırılır.

Azərbaycana avtomobil idxal edən ölkələr sırasında mühüm yerlərdən birini qonşu Rusiya tutur. Qiymətlərin uyğun olması və texniki təmirinin az xərc tələb etməsi əsasən gənclər arasında "sovet maşınları”na marağın azalmasına imkan vermir. Görəsən, bu nəhəng avtomobil istehsal və idxalçısında baş verən bahalaşmalar Azərbaycan maşın bazarına da təsir edə bilərmi?

Sfera.az xəbər verir ki, İqtisadçı ekspert Pəviz Heydərov Lent.az-a bildirib ki, bahalaşma yalnız Rusiya istehsalı olan avtomobillərə təsir edə bilər:

"Rusiyanın avtomobil bazarındakı bahalaşma Azərbaycanda bu ölkədən idxal olunan avtomobillərin bahalaşmasına təsir edə bilər. Amma Rusiyanın maşın bazarındakı qiymətlərin artması və ya enməsinin Azərbaycan bazarına təsiri mümkün deyil. Məlumdur ki, Azərbaycanda satılan avtomobillər arasında Rusiya istehsalı olanlar xüsusi yer tutur. Həmin avtomobillərə kifayət qədər tələbat var. Məhz bu tələbat onsuz da qonşu ölkə istehsalı olan avtomobillərin baha olmasını təmin edir. Təbii ki, Rusiyada maşın bazarındakı vəziyyət növbəti bahalaşma dalğası yarada bilər. Söhbət bilavasitə Rusiya istehsalı olan nəqliyyat vasitələrindən gedir. Əlavə bahalaşma gözləmirəm. Digər xarici markaların, başqa ölkələrdən idxal olunan avtonəqliyyat vasitələrinin qiymətlərində heç bir dəyişiklik baş verməyəcək”.

Qeyd edək ki, Rusiya hökumət üzvlərinin təsdiqi əsasında 2020-ci ildən avtomobillərin utilizasiyası başlayacaq. Mütəxəssislərin fikrincə, proqramın həyata keçirilməsi ölkədə avtomobillərin kəskin bahalaşmasına səbəb olacaq. Ekspertlərin sözlərinə görə, ən kiçik qiymət artımı mühərriki 1.2 litr arası olan maşınlara təsir edəcək. 3.5 litr gücündə olan mühərriklərin isə daha çox bahalaşmaya məruz qalacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...