Azərbaycanda partizan hərəkatı yarana bilər: “İmza toplanır”

Azərbaycanda partizan hərəkatı yarana bilər: “İmza toplanır”
"Biz belə bir məsələ qaldıracağıq ki, qanunvericilik təşəbbüsü üçün 40 min imza toplayaq, partizan hərəkatı haqqında Milli Məclisə qanun layihəsi verək. Məqsədimiz odur ki, həmin qanun layihəsi parlamentdə müzakirə edildikdən sonra qəbul olunsun”.

Sfera.az xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu "Hürriyyət”ə müsahibəsində deyib. O, bildirib ki, iqtidar özü bilər nə danışıqlar aparırsa aparsın, lakin Azərbaycan xalqı olaraq Konstitusiya və beynəlxalq hüquqa əsasən öz torpaqlarımızı erməni işğalından azad edək: "Çünki bizim başqa yolumuz qalmayıb. Azərbaycan xalqı bilməlidir ki, bu danışıqlarda Qarabağı addım-addım ermənilərə vermək siyasəti aparılır. Yəni ermənilər torpaqları alır və bizim tərəfi də verməyə məcbur edir. 

Tonoyan açıq şəkildə deyir ki, biz müharibə edib əlavə əraziləri işğal edəcəyik, Bakıya qədər gələcəyik, Azərbaycan hökuməti isə atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı hansısa sazişə imza atır. İqtidar guya öz aləmində böyük bir siyasət aparır. Beləliklə, artıq Azərbaycan xalqı başa düşməlidir ki, bizim hökumətin Dağlıq Qarabağı erməni işğalından azad etmək fikri yoxdur, Rusiya buna imkan vermir. Onu da qeyd edim ki, Kremlin bizim hökumətin üzərində çox böyük təsiri, basqısı var. Azərbaycan hökuməti isə daxildə yanlış siyasət apardığına görə, xalqdan da qorxur. Ona görə də təslimçi siyasət aparır. Burdan da görünən odur ki, öz maraqları naminə xalqın və dövlətin strateji maraqlarını qurban vermək siyasəti aparılır. Hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi Tonoyanın bəyanatına dərhal sərt formada alternativ cavab verməli idi”.

S. Cəlaloğlu deyib ki, Azərbaycan xalqı bilməlidir ki, Dağlıq Qarabağ məsələsində kifayət qədər təhlükəli məqama gəlib çıxmışıq. Ona görə də işğal altındakı torpaqlarımızı azad etmək üçün rəsmi şəkildə deyil, qeyri-rəsmi şəkildə azad etməyə hazırlaşmalıyıq: "Bunu qanunvericiliklə həll etmək mümkündür. Hesab edirəm ki, Azərbaycan xalqı partizan hərəkatına başlamalıdır. Qeyd etdiyim kimi, bu yaxınlarda imza toplayıb təşəbbüs qaldıracağıq ki, Qarabağın azad edilməsi məqsədiylə partizan hərəkatının, o cümlədən könüllülərdən ibarət hərbi hissələrin yaradılması ilə bağlı qanun qəbul edilsin. Bir çox ölkələrdə bu cür rezerv ordular var ki, onlar rəsmi ordu deyil, lakin ehtiyac yarandıqda aktiv savaşa qatılırlar. Bu halda, nədən Azərbaycanda da könüllülər ordusu olmamalıdır?! Bir önəmli məqamı da qeyd edim ki, dünya təcrübəsi də göstərir ki, rəsmi orduların görə bilmədiyi işləri partizan hərəkatları görə bilir. Odur ki, artıq biz də partizan hərəkatına başlamalıyıq. Bunun başqa yolu yoxdur”.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...