Azərbaycanda niyə böyük şəhər bələdiyyələri yaradılmır? - Deputatdan açıqlama

Azərbaycanda niyə böyük şəhər bələdiyyələri yaradılmır? - Deputatdan açıqlama

 

Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması mövcud bələdiyyələrin inkişafı, maliyyə imkanları, mövqeyi, sosial-iqtisadi həyatda oynadığı roldan asılıdır. Bələdiyyələr inkişaf etdikcə, böyük şəhər bələdiyyələrinin yaradılması da zərurətə çevrilə bilər.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

Deputatın fikrincə, Azərbaycanda hazırda yüksək səviyyədə işləyən bələdiyyə yoxdur.

 

Onun sözlərinə görə, mövcud şəraitdə böyük şəhər bələdiyyələrinin yaradılması müəyyən problemlər yarada bilər.

"Çünki bələdiyyələrin maliyyə bazası, kadr potensialı o qədər yüksək deyil. Üstəgəl, Azərbaycan bələdiyyələri zəngin təcrübə toplamayıblar və texniki vasitələri yoxdur. Tutaq ki, böyük şəhər bələdiyyələri yaradıldı. Bu zaman həmin böyük şəhər bələdiyyələri yol çəkməli, məktəb tikməli və digər yüksək maliyyə tələb edən işlər görməlidir. Bizdə isə böyük maliyyə bazası olan, yüksək təşkilatçılıq qabiliyyətinə malik bələdiyyələr çox azdır. Buna görə də belə şəraitdə böyük şəhər bələdiyyələrinin yaradılması vacib deyil", - deyə T.Rzayev əlavə edib.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərdən biri iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılmasıdır.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...