İdman

Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ

Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ
 

Azərbaycan Premyer Liqasının XXI, XXII, I Divizionun isə XX turunun oyunları təxirə salınıb.

Sfera.az bildirir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr imzalayıb.

Bildirilib ki, qərar son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq qəbul olunub.

Qeyd edək ki, təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031