Azərbaycan “Google” və “Facebook”a öz təkliflərini verəcək

Azərbaycan “Google” və “Facebook”a öz təkliflərini verəcək
 

"Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bütün sosial şəbəkələrdə Azərbaycan dilinin norma və qaydalarına riayət olunması üçün öz təkliflərini verəcək”.

Sfera.az bildirir ki, bunu "Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Monitorinq Mərkəzi kütləvi informasiya vasitələrində, internet resurslarında, reklam daşıyıcılarında, dərsliklərdə və elmi-tədqiqat əsərlərində Azərbaycan dilinin maraqlarının qorunmasını təmin edəcək:

"Bununla da Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bütün internet mediasında Azərbaycan dilinin və dövlətçiliyimizin maraqlarına, milli mənafeyimizə, dilimizin xüsusiyyətlərinə uyğun olaraq onun qorunması və inkişaf etdirilməsi üçün iş aparacaq. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi harada olmasından asılı olmayaraq dilimizin reallıqlarının qorunmasında öz xidmətlərini göstərəcək. Mərkəz bu xidməti "Google”, "Facebook” və digər bütün sosial şəbəkələrdə də göstərəcək. Sosial şəbəkələrə təkliflər veriləcək. Eyni zamanda müxtəlif mexanizmlər vasitəsilə həmin internet resurslarında Azərbaycan dilinin qorunması istiqamətində iş aparılacaq və bütün lazımi tədbirlər həyata keçiriləcək. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin sosial şəbəkələrdə Azərbaycan dilinin qorunması üçün həyata keçirəcəyi xidmətlərin ödənişli və ya ödənişsiz olacağı barədə məlumatım yoxdur”.

Akademik Monitorinq Mərkəzinin bu ilin sonuna qədər fəaliyyətə başlayacağını düşündüyünü bildirib: "Düşünürəm ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi payız aylarında fəaliyyətə başlayacaq. Amma dəqiq tarixini bilmədiyim üçün deyə bilmərəm”.

Xatırladaq ki, Prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...