Azərbaycan Beynəlxalq Bankı NFC texnologiyasını ölkəmizə gətirdi!

Azərbaycan Beynəlxalq Bankı NFC texnologiyasını ölkəmizə gətirdi!
 

 

Ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm addım atıb. Bank VISA International beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq NFC (Near Field Communication) texnologiyası üzərindən təmassız ödəniş üsulunun tətbiqinə başlayıb.

Bu yenilik sentyabrın 10-da Absheron Mariott otelində keçirilən tədbirdə ölkə ictimaiyyətinə təqdim olunub. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Mərkəzi Bankının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının rəhbər şəxslərinin, həmçinin VISA-nın Qafqaz regionu üzrə direktoru Kristina Doroşun və şirkətin Ukrayna, MDB ölkələri, Cənub-Şərqi Avropa ölkələri üzrə rəqəmsal tətbiqlər direktoru Oleksandr Stelmaxın da iştirak etdiyi toplantıda NFC texnologiyasının mahiyyəti, iş prinsipləri barədə məlumat verilib.

Yeni ödəniş üsulu müştərilərə plastik karta ehtiyac olmadan POS terminallarda öz mobil telefonları vasitəsilə təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirməkdən ötrü sadəcə telefonda müvafiq funksiyanı aktivləşdirmək və telefonu POS terminala yaxınlaşdırmaq kifayətdir. Bundan ötrü mobil telefon android platformasında çalışmalı və NFC texnologiyasını dəstəkləməlidir. Ətraflı məlumat üçün link: //www.ibar.az/az/individual/electronic-services/nfc-technology/


Mobil telefonla təmassız ödənişlər zamanı beynəlxalq kart təşkilatlarının təhlükəsizlik tələblərinə tam riayət olunur. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: "Azərbaycan Beynəlxalq Bankının NFC texnologiyasının tətbiqinə başlaması, inanırıq ki, müştərilərimiz tərəfindən böyük məmnunluqla qarşılanacaq. Nağdsız ödəniş infrastrukturunun inkişafına töhfə verən innovativ həllərin tətbiqini bundan sonra da davam etdirəcəyik”.

IBA Pay mobil tətbiqini yükləmək üçün link:

//play.google.com/store/apps/details?id=mwb.iba.ac

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən,www.ibar.azinternet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçininrəsmi Facebook səhifəsindənəldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...