Aysel Əlizadə: \"Ədalətsiz qərar verən hakim fahişədən qat-qat əxlaqsızdır\" - VİDEO

Aysel Əlizadə: \
Bu gün "YouTube"da yayımlanan, sənətçi Murad Arifin müəllifi olduğu "Popumuz var" verilişinin qonağı yazıçı Aysel Əlizadə olub. Maraqlı məqam odur ki, Murad Arif yazıçını yeni təxəllüslə - Aysel Aydın kimi təqdim edib. 

Aysel xanım Qaynarinfo-a açıqlamasında bildirib ki, bu, Murad bəyin şəxsi təşəbbüsüdü: "Görüşəndə Murad bəy mütləq təxəllüsümün, soyadımın yerinə məni ifadə edən qısa imzanın olmasının vacibliyi haqda fikrini dedi. Ona bu haqda daha əvvəl dostlarımla da danışdığımızı söylədim. Onların təklif etdiyi "Aydın" imzasını sözgəlişi səsləndirdim. Murad çox bəyəndi və belə də olmalıymış kimi məni Aysel Aydın kimi təqdim etdi, tərəddüdə macal da vermədi". 

Qeyd edək ki, Aysel Aydın Əlizadə verilişdə aparıcının feminizm, insan haqları, ailə modeli, din, sənət, qadağalar və bəşəri dəyərlər kimi mövzular haqda suallarını cavablayıb. 

Feminizm haqda danışan yazıçı bu cərəyanı belə açıqlayıb: "Feminizm azadlıq, əmək haqqı və seçim bərabərliyi uğrunda mübarizədi". 

Verilişdə ənənəvi olaraq Murad Arifin təqdim etdiyi mahnı və klip top onluğuna qısaca fikir bildirən yazıçı müğənni Dilaranın "Hərəm" adlı mahnısı haqda bunları deyib: "Dilarə xanım inciməsin, demode mövzudu. Dünyada gender bərabərliyi prioritet olduğu halda "Hərəm" adlı mahnı oxumazlar. Qadınlar çoxdan hərəm deyillər".  

Sonda Murad bəyin əxlaqla bağlı sualına yazıçı belə cavab verib: "Ədalətsiz qərar verən, başqasının haqqına girən hakim mənim üçün fahişədən qat-qat əxlaqsız adamdı". 

Qeyd edək ki, veriliş xeyli maraq yaradıb. Qonağın mübahisə doğuran fikirləri müzakirələrə səbəb olub. 
 
Qaynainfo//



OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...