Avtobus dayanacaqları ilə bağlı YENİLİKLƏR

Avtobus dayanacaqları ilə bağlı YENİLİKLƏR

 

Bakıda bəzi avtobus dayanacaqlarının yerləri dəyişdiriləcək, bəzi yerlərdə isə yeniləri quraşdırılacaq.

Bununla bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İcitmaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsindən Milli.Az-ın rəsmi sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı hazırlıq işləri görülür:

 

"Nazirlər Kabinetinin tapşırığı əsasında avtobus və taksi dayanacaqlarının inventarlaşdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə komissiya yaradılıb. Hazırda inventarlaşdırılma ilə bağlı işlər görülür".


OXŞAR XƏBƏRLƏR